Region
"Türk Hava Yolları" heyətə qoyulan saqqal qadağasını ləğv etdi
Türkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines” ("Türk Hava Yolları") kabina və uçuş heyəti üzvləri üçün onilliklər boyu qüvvədə olan saqqal qadağasını ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Qeyd olunubki, dəyişikliklər aviaşirkətin heyət üzvlərinin xarici görünüşünü, formasını və şəxsi qulluğunu tənzimləyən daxili qaydalarına edilib.
İndi onlara uzunluğu 15 millimetrdən çox olmayan qısa saqqal saxlamağa icazə verilir, həmçinin o, daim səliqəli görünməlidir. Qəbul edilən üslublara təbii, baxımlı tüklər, tam saqqal və bığ, eləcə də qısa, səliqəli şəkildə kəsilmiş saqqal daxildir.
Qeyd olunur ki, uzunluğu 15 millimetrdən çox olan saqqallar, baxımsız və ya seyrək seyrək, həddindən artıq dəqiq qırxılmış formalar və ya bığsız bəzi saqqal variantları qadağan edilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























