Region
İran yaxın günlərdə Hörmüz boğazını aça bilər
İran ABŞ onun limanlarının blokadasını aradan qaldıracağı təqdirdə Hörmüz boğazını bir həftə ərzində aça bilər.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“İran ABŞ hərbi təzyiqi azaldacağı və İran limanlarının blokadasını ləğv edəcəyi təqdirdə Hörmüz boğazını yeddi gün ərzində aça bilər”, – deyə məlumatda qey olunub.
İran mənbəsi bildirib ki, ABŞ bu məsələni diplomatiya yolu ilə tənzimləmək istəyini elan etməlidir və rəsmi bəyanat verilməlidir. Bundan sonra İran tərəfi prosesin bundan sonra inkişaf etdirilməsi müddətlərini ABŞ ilə razılaşdıracaq.
Bundan əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirmişdi ki, İran hakimiyyəti qətərli vasitəçilər vasitəsilə Birləşmiş Ştatlara müharibənin dayandırılması şərtlərini çatdırıb və ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir. Rezainin sözlərinə görə, İran iki dövlət arasında hər hansı danışıqların başlanması üçün yeddi şərt irəli sürülüb.
Hüseyn İbadlı
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama








.jpg)



























