Region
Görün Ermənistanda əhalini kəndlərdə yaşamağa necə sövq edirlər: Hər uşağa 4 milyon...
Ermənistanda 6 və daha çox azyaşlı uşağı olan ailələr mənzil almaq üçün dövlət subsidiyası əldə edə biləcək. Proqram 2027-ci il martın 2-dən qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilir ki, proqram çərçivəsində hər uşaq üçün 4 milyon dram (18 min 720 manat) ayrılacaq. Beləliklə, 6 uşağı olan ailə 24 milyon dram (112 min 320 manat) məbləğində sertifikat əldə edə biləcək. Kənd yerlərində mənzil seçiləcəyi təqdirdə bu məbləğə daha 4 milyon dram əlavə ediləcək.
Sertifikat ipoteka kreditinin əsas borcunun ödənilməsinə yönəldiləcək. Dövlət həmçinin kredit üzrə faizləri və notarius, kadastr rəsmiləşdirilməsi və əmlakın qiymətləndirilməsi ilə bağlı xərcləri də qarşılayacaq.
Ailə hazır mənzil almaq əvəzinə ev tikmək qərarına gələrsə, əlavə vəsait torpaq sahəsinin alınmasına yönəldilə bilər. Mənzilin qiyməti ayrılan subsidiyadan aşağı olarsa, qalan vəsait təmir, mebel və məişət texnikasının alınmasına xərclənə biləcək.
Proqramdan yararlanmaq üçün ailənin bütün üzvləri Ermənistan vətəndaşı olmalıdır. Ailənin illik ümumi gəliri 10 milyon dramdan çox olmamalıdır. Proqram yalnız Ermənistanın bölgələrində mənzil əldə edilməsinə şamil olunacaq, İrəvan şəhərinə aid edilməyəcək.
Qeyd edək ki, hazırda Ermənistanda 6 və daha çox uşağı olan 643 ailə var.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)




























