Region
Pentaqon Ermənistana hərbi yardımı kəskin şəkildə artırıb
2024-cü maliyyə ilində ABŞ Ermənistana hərbi maliyyələşdirməni kəskin şəkildə artırıb və 2002-ci ildən bəri ümumilikdə 60 milyon dollardan çox vəsait ayrılıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ hökumətinin hesabatına istinadən məlumat yayıb.
Ötən həftə Pentaqon Vaşinqtonun Ermənistan silahlı qüvvələrində islahatları dəstəkləmək üçün proqramlarının bütün potensialından istifadə etmək niyyətində olduğunu açıqladı.
Amerikanın Ermənistana Xarici Hərbi Maliyyələşdirmə (XHM) proqramı vasitəsilə hərbi yardımı 2002-ci ildə başlayıb. Ümumilikdə, 2024-cü maliyyə ilinə qədər Amerikanın Ermənistana hərbi maliyyələşdirməsinin ümumi məbləği 60 milyon dolları keçib.
Pentaqonun statistikasına görə, maliyyələşdirmə 2024-cü maliyyə ilində əhəmiyyətli dərəcədə artıb. Həmin vaxt ABŞ Ermənistana 8,1 milyon dollardan çox vəsait ayırıb. 2023-cü ildə bu məbləğ cəmi 16 min dollar, 2022-ci ildə isə təxminən 1,3 milyon dollar təşkil edib. 2025-ci il üçün məlumat hələ dərc olunmayıb.
Ermənistan 2023-2024-cü illərdə təxminən 18 milyon dollar alıb. 2025-ci ilin yanvar ayında Dövlət Departamenti bu məbləğin FMF çərçivəsində bir sıra layihələrə, o cümlədən hərbi personal üçün milli təlim mərkəzinin inkişafına ayrıldığını bildirib. Bu bildirişdən bir ay əvvəl Pentaqon rəhbəri son iki ildə müvafiq məqsədlər üçün vəsait ayrıldığını bildirmişdi.
Müəllif: Tural
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)




























