Region
Paşinyan Azərbaycanla sülh haqda: Yeni dövr açılacaq!
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhün ölkəsi və region üçün yaratdığı imkanlardan danışıb.
Publika.az Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən “Concordia” sammitinin panel müzakirəsində iştirak edib.
Baş nazir Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və bunun yaratdığı imkanlarla bağlı sualları cavablandırıb. O bildirib ki, hazırda əsas diqqət TRIPP layihəsinin həyata keçirilməsinə yönəlib. Paşinyanın sözlərinə görə, layihənin reallaşması regionda qarşılıqlı bağlılığın tam şəkildə ortaya çıxmasına imkan verəcək.
“Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq”, - deyə Paşinyan vurğulayıb.
O, həmçinin Ermənistanla ABŞ arasında informasiya texnologiyaları, xüsusilə də süni intellekt sahəsində əməkdaşlıqdan danışıb. Paşinyan qeyd edib ki, ABŞ-la ötən il avqustun 8-də imzalanan anlaşma memorandumu çərçivəsində Ermənistanda bir il ərzində üç süni intellekt mərkəzi yaradılıb. Onlardan ikisi genişmiqyaslı investisiya proqramıdır.
Paşinyan informasiya texnologiyaları sektorunun ölkəsində uğurla inkişaf etdiyini və iqtisadiyyatın mühüm hissəsinə çevrildiyini bildirib. O, sülhün bərqərar olması ilə Ermənistanın investisiya cəlbediciliyinin də artacağını deyib.
Baş nazir enerji sahəsində özünütəminetmə, enerji saxlama stansiyalarının yaradılması və yeni atom elektrik stansiyasının tikintisi məsələlərinə də toxunub.
ABŞ və Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Paşinyan hər iki istiqamətdə strateji tərəfdaşlığın qurulduğunu bildirib. O, Ermənistan hökumətinin balanslaşdırılmış xarici siyasəti daha da dərinləşdirəcəyini qeyd edib.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)




























