Region
Rezaidən şok sözlər: "Tramp və Netanyahu sağ qurtula bilməyəcək"
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ Prezidenti Donald Trampın İrana qarşı yanlış addımlar atdığını anladığını bildirib. O, İsrailin Baş naziri Benyamin Netanyahunun da Tramp kimi “sağ qurtula bilməyəcəyini” deyib.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, Rezai ABŞ-ın İran qarşısında məqsədlərinə nail ola bilmədiyini iddia edib.
“Biz sübut etdik ki, Amerika İranla bacara bilmədi və gələcəkdə iki rəqib güclə müharibədə də ciddi problemlərlə üzləşəcək”, – iranlı general vurğulayıb.
Rezainin sözlərinə görə, İran raketi “Corc Vaşinqton” təyyarədaşıyan gəmisinin üzərində partlayıb. O, həmçinin ABŞ sualtı qayığına qarşı tərs mühəndislik tətbiq etdiklərini bildirib.
“Bu sualtı qayıq okeanda 6 min metrədək kəşfiyyat aparır və fövqəladə dərəcədə dəyərlidir. Bəlkə də gələcəkdə bəzi ölkələr bizə onun texnologiyasını bölüşməyi təklif edəcək və bunun müqabilində bir neçə milyard dollar ödəyəcək”, – Rezai qeyd edib.
Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ilə mümkün danışıqlara da münasibət bildirib. O deyib ki, Tehran “keçmiş diplomatiyaya, İslamabad vəziyyətinə və ondan əvvəlki dövrə qayıtmır”.
Rezainin sözlərinə görə, ABŞ əvvəlcə İranın irəli sürdüyü 7 şərti yerinə yetirməlidir. Əks halda, onun sözlərinə görə, nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar başlayacaq.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 7 şərtini ABŞ rəsmilərinə təqdim edib.
Ləman
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)




























