Region
Ərdoğan Nyu-Yorkda Paşinyanla görüşdü: Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edildi - Yeniləndi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini və münasibətlərdə yaranmış müsbət dinamikanın davam etdirilməsinin vacib olduğunu bildirib.
Publika.az xəbər verir ki, Ərdoğan bunu BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər.
Tərəflər Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını müsbət qiymətləndiriblər.
Ərdoğan həmçinin Türkiyə ilə Ermənistanın beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığının normallaşma prosesinə töhfə verdiyini qeyd edib və Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
***
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" hesabında məlumat paylaşılıb.
Görüşün təfərrüatları açıqlanmayıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)




























