Region
Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
Ermənistan baş naziri Nikol Paşinyanın tapşırığı ilə Ermənistan Apostol Kilsəsindəki vəziyyətlə bağlı 74 səhifəlik hesabat hazırlanıb. Sənəddə kilsənin faktiki rəhbəri, bütün ermənilərin Katolikosi II Qaregin və bir sıra yüksək rütbəli din xadimləri müxtəlif pozuntularda ittiham olunur.
Publika.az xəbər verir ki, hesabatı Paşinyanın rəhbərlik etdiyi hökumət aparatının strukturunda fəaliyyət göstərən “İctimaiyyətlə əlaqələr və informasiya mərkəzi” QHT-si hazırlayıb. Sənəddə kilsədə “böhran”ı əks etdirdiyi iddia olunan 16 əsas məqam göstərilir.
Hesabatda din xadimlərinin subaylıq andını pozması, onların cəzalandırılmaması, bəzi keşişlərin təqib edilməsi və rütbədən məhrum olunması ilə bağlı iddialar yer alıb. Həmçinin kilsənin maliyyə şəffaflığı, əmlakından istifadəsi, yüksək vəzifələrə qohumların təyin edilməsi və “klan idarəçiliyi” məsələləri gündəmə gətirilib.
II Qaregin həmçinin kilsənin siyasiləşdirilməsinə, xarici təsirin yayılmasına, Milli-Kilsə toplantısının fəaliyyətinin uzun müddət dayanmasına və xaricdəki yeparxiyalarda parçalanmaya görə ittiham olunur.
Müəlliflər bildiriblər ki, hesabatda kilsənin dini ehkamlara və kanonik qaydalarına etiraz edilmir. Sənədin məqsədinin həmin prinsiplərin və kilsə ənənələrinin pozulduğu iddia edilən halları sənədləşdirmək olduğu qeyd olunur.
Hesabatda II Qareginin şəxsi həyatı ilə bağlı da 2015-ci ildə “Hraparak” qəzetində dərc olunmuş yazıya istinad edilib. Bununla yanaşı, müəlliflər Katolikosu din xadimlərinə qarşı “özbaşına təqiblər” aparmaqda və tənqidçiləri rütbədən məhrum etməkdə günahlandırıblar.
Sənəddə kilsə strukturlarının siyasi aksiyalarda iştirak etməyə məcbur edildiyi də iddia olunur. Müəlliflər həmçinin Ermənistan və bəzi digər ölkələrdə yaşayan dindarların kilsənin idarə olunmasında iştirak imkanlarının məhdud olduğunu və yeparxiyaların muxtariyyətinin zəiflədiyini bildirirlər.
Hesabatın hazırlanmasından sonra Ermənistan parlamentində məsələ ilə bağlı istintaq komissiyasının yaradılması da gündəmə gələ bilər.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)




























