Region
Ermənistan Rusiyanın hərbi bazasından imtinaya hazırdır - İstənilən nəticə məqbuldur
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyədən ölkəsinin suverenliyinə təhlükə görmədiyini bildirib.
Publika.az xəbər verir ki, Qriqoryan jurnalistlərə açıqlamasında 8 avqustdan etibarən ümumiyyətlə heç bir təhlükə müşahidə etmədiyini deyib. O, Türkiyə ilə münasibətlərin normallaşması ilə Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini bir-biri ilə əlaqələndirmək istəmədiyini vurğulayıb.
Rusiyanın hərbi bazasının Ermənistanda qalmasının təhlükəsizlik baxımından zəruri olub-olmadığı barədə suala cavab verən Qriqoryan bildirib ki, normallaşma baş verməsəydi, bazanın Ermənistanın təhlükəsizliyi üçün lazım olub-olmayacağını bilmədiyini deyib. Onun sözlərinə görə, bəzi fikirlərə əsasən, Rusiya hərbi bazası əksinə, təhlükə yaradırdı.
Qriqoryan məsələlərin bir-biri ilə əlaqələndirilməməli olduğunu bildirib və bunu müzakirə mövzusu adlandırıb. O qeyd edib ki, məsələni Rusiya tərəfi gündəmə gətirib və Ermənistan istənilən nəticəyə hazırdır.
Ermənistan rəsmisi xatırladıb ki, hərbi bazanın ölkədə yerləşdirilməsi məsələsini vaxtilə Rusiya prezidenti qaldırıb. Onun sözlərinə görə, Moskvanın bununla bağlı hansısa təklifi ola bilər və ya Rusiya tərəfi bazanı çıxarmağı düşünür. Qriqoryan belə bir variantın Ermənistan üçün də məqbul olduğunu deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan da sentyabrın 17-də 102-ci Rusiya hərbi bazasının ölkədə qalma şərtlərinin müzakirəsinə hazır olduqlarını bildirmişdi. Onun sözlərinə görə, 2022-ci ilin sentyabr hadisələri bazanın Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını göstərib. Paşinyan Moskvanın bazanı çıxarmaq qərarına etiraz etməyəcəklərini, bazanın qalacağı təqdirdə isə onun Ermənistanda fəaliyyət şərtlərinin müzakirə oluna biləcəyini söyləmişdi.
Müəllif: Adəm
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır




















.jpg)


















