Region
Kreml: Türkiyə Rusiyaya təkliflər göndərib
Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı Rusiyaya bir sıra təkliflər təqdim edib. Lakin hazırda bu məsələ ilə əlaqədar Moskva ilə Ankara arasında konkret danışıqlar aparılmır.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Qara dənizdə təhlükəsizlik məsələsi Türkiyə və Ukrayna da daxil olmaqla bir sıra ölkələr tərəfindən gündəmdə saxlanılır.
O qeyd edib ki, Rusiya tərəfi Qara dəniz akvatoriyasında təhlükəsizliyin təmin olunmasını kompleks yanaşma tələb edən məsələ kimi qiymətləndirir. Onun sözlərinə görə, problemin ayrı-ayrı istiqamətlərinin həlli ilə Qara dənizdə təhlükəsizlik məsələsini tam aradan qaldırmaq mümkün deyil.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Qara dənizdə təhlükəsiz gəmiçiliyin və taxıl dəhlizinin bərpası ilə bağlı Ankaranın diplomatik səylərini intensivləşdirdiyini açıqlayıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)





























