Region
Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
İran ABŞ ilə münaqişənin diplomatiya yolu ilə həlli üçün əsas görməsə də, sülh naminə danışıqlara hazırdır.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “NBC News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ administrasiyasının son iki ildə atdığı addımlar Tehranı yenidən diplomatik dialoqa qayıtmağa vadar etmir. Buna baxmayaraq, Əraqçi sülh üçün diplomatiyanın bütün imkanlarından istifadə etməyin vacib olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, İran həm müharibəyə, həm də danışıqlara hazırdır:
“Biz müharibənin bərpasına tam hazırıq. Hər hansı yeni təcavüz qarşısında, hətta bu Qiyamət gününədək davam etsə belə, möhkəm dayanacağıq”.
Əraqçi İranın vasitəçilər vasitəsilə ABŞ-a Hörmüz boğazının açılması və danışıqların bərpasını nəzərdə tutan 7 maddəlik plan təqdim etdiyini də təsdiqləyib.
Onun sözlərinə görə, ABŞ konkret addımlar atacağı təqdirdə Tehran Hörmüz boğazını açmağa hazırdır. İranın əsas şərtləri arasında 8 ay əvvəl başlayan müharibənin dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğvi yer alır.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)



























