Region
İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşdı
İran ABŞ-ın sanksiyaları yumşaltması qarşılığında uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın Pakistandakı mənbələrinin bildirdiyinə görə, razılaşmanın əldə olunmasına İranla ABŞ arasında danışıqlarda vasitəçilik edən şəxslər kömək göstərib.
İranın rəsmi nümayəndələri yayılan məlumatla bağlı hələlik açıqlama verməyiblər.
Bundan əvvəl “Axios” portalının müxbiri və İsrailin 12-ci kanalının jurnalisti Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, Prezident Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-ın tələblərini yerinə yetirməsi müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasına və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasına hazırdır.
Qeyd edək ki, son proseslər fonunda “Reuters” ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə Nyu-Yorkda danışıqların keçirilməsinin gözlənildiyini yazıb. İddiaya görə, qətərli vasitəçilərin bu gün və ya sabah İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca görüşməsi, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparması gözlənilir.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)



























