Region
Ərdoğandan xanım müavini ilə bağlı xəbərlərə sərt cavab
Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
“Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq”, - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Yeni Partiyanın sözçüsü Zeynel Əmrə açıqlamasında iddia edib ki, Türkiyənin keçmiş ailə və sosial xidmətlər üzrə naziri Fatma Betül Sayan Kaya ötən ilin aprel ayında "Özata Denizcilik" şirkətinin 63 milyon TL dəyərində səhmlərini alıb və sentyabrın 16-da fond böhranı başlamazdan əvvəl 20 qat qazanc əldə edərək 1,34 milyard TL vəsaiti geri çəkib.
Bu məlumatdan sonra isə sədr müavininin istefa xəbəri yayılıb. (Axar.az)
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)



























