Region
İrandan nüvə müqaviləsi ilə bağlı mühüm qərar: “Fövqəladə əhəmiyyətli” qanun layihəsi...
İran parlamentində ölkənin “Nüvə silahının yayılmaması haqqında” müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Publika.az xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Əli Nikzad açıqlayıb.
Nikzad bildirib ki, hazırda təşəbbüs, o cümlədən onun mümkün beynəlxalq nəticələri araşdırılır.
Onun sözlərinə görə, qanun layihəsi “fövqəladə əhəmiyyətli” statusu ilə parlamentin plenar iclasına təqdim ediləcək və deputatlar sənədə həmin gün baxmalı olacaqlar.
Parlament sədrinin müavini xatırladıb ki, İran ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırıb. O, BAEA-nın baş direktoru Rafael Qrossini “vicdansız insan” adlandırıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)



























