Region
Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
Ermənistanda avtomobillərin sayının artması ölkənin əsas yollarında hərəkətlə bağlı problemləri gündəmə gətirib.
Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 1-də hökumətin iclasında yol tikintisi proqramlarını müzakirə edərkən yaxın vaxtlarda dövlətlərarası və respublika əhəmiyyətli yollarda tıxac probleminin yaranacağını bildirib.
Onun sözlərinə görə, bəzi günlərdə və mövsümlərdə həmin yollarda hərəkət çətinliyi artıq müşahidə olunur. Buna görə də mövcud marşrutlara alternativ yolların yaradılması zəruridir.
Paşinyan Tavuş vilayətindəki Yenokavan-Qırmızısu yolunun əsaslı təmirinə də toxunub. Bildirib ki, hazırda torpaq olan bu yol ilk dəfə asfaltlanacaq. Baş nazir Atan-Yenokavan yolunun tikintisinin strateji əhəmiyyət daşıdığını da vurğulayıb.
O, Aygeovit-Vazaşen-Paravakar-Aygepar yolunun əsaslı təmirindən sonra Berd şəhərinə aparan daha bir abad yolun yaranacağını qeyd edib.
Paşinyanın fikrincə, yol infrastrukturunun yaxşılaşdırılması Berd və ətraf yaşayış məntəqələrində iqtisadi və turizm fəallığının artmasına imkan verə bilər.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək








.jpg)



























