Region
"Xalqın səbr kasası dolur!" - Paşinyandan Ermənistandakı korrupsiya ilə bağlı xəbərdarlıq
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin məhkəmə-hüquq sistemində korrupsiyanın olduğunu yenidən bəyan edib.
Publika.az xəbər verir ki, Paşinyan oktyabrın 1-də keçirdiyi brifinqdə siyasi rəqiblərinin məsuliyyətə cəlb edilməsi, hökumətlə razılaşan şəxslərin isə azadlıqda qalması ilə bağlı suala cavab verib.
Baş nazir bildirib ki, siyasi rəqiblərinin hamısının və ya əksəriyyətinin həbsdə olması fikri doğru deyil. O, keçmiş maliyyə naziri Qagik Xaçatryanın işi ilə bağlı vəziyyəti də məhkəmə sistemində korrupsiyanın nəticəsi kimi qiymətləndirib.
Paşinyanın sözlərinə görə, sistemli korrupsiya hələ də aradan qaldırılmayıb. O, məhkəmə-hüquq sisteminin müstəqil olması ilə bağlı qanunvericilik müddəalarının bəzi şəxslərin məsuliyyətdən yayınmasına imkan verdiyini iddia edib.
“Günahkar həbsdə olmalıdır, mənim üçün başqa prinsip yoxdur. Məhkəmə-hüquq sistemi kimin günahkar, kimin günahsız olduğunu müəyyən etməlidir”, - deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, xalqın səbr kasasının dolacağı bir məqam gələ və bu halda hökumət belə vəziyyəti nəzarətdə saxlamaqda çətinlik çəkə bilər.
Müəllif: Adəm
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi








.jpg)











.jpg)
















