Region
Paşinyandan Azərbaycanla sülh açıqlaması: Prosesi sona çatdırmalıyıq
Ermənistan hökuməti Azərbaycanla sülhə olan ictimai inamı sülh sazişinin imzalanması və ratifikasiyası ilə yekun nəticəyə çevirməlidir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyanın sözlərinə görə, iqtisadi fəallıq və daşınmaz əmlak bazarındakı göstəricilər vətəndaşların sülhlə bağlı nikbinliyini göstərir. O bildirib ki, iqtisadi göstəricilər sülhə inamı ifadə edir.
Baş nazir qeyd edib ki, sülh artıq reallığa çevrilib, lakin hələ tam şəkildə institusionallaşmayıb. Onun sözlərinə görə, hökumət insanların gözləntilərini doğrultmalı və Azərbaycanla sülh prosesini sona çatdırmalıdır.
Paşinyan bildirib ki, hazırda aralıq mərhələyə çatılıb və yekun mərhələyə doğru irəliləmək lazımdır.
O, sülh sazişinin imzalanması və ratifikasiyası ilə yanaşı, TRIPP layihəsi, sərhədin delimitasiyası, kommunikasiyaların açılması, Türkiyə ilə proses, “Şimal-Cənub” magistralı və “Sülh kəsişməsi” konsepsiyasını da qeyd edib.
Paşinyan hökumət üzvlərini bu prioritet ətrafında siyasi mesajlar və strategiyalar formalaşdırmağa, diqqəti real problemlərə və praktiki həll yollarına yönəltməyə çağırıb.
O əlavə edib ki, gündəlik informasiya səs-küyü hakimiyyətin əsas vəzifənin həyata keçirilməsindən diqqətini yayındırmamalıdır.
Müəllif: Adəm
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi








.jpg)











.jpg)
















