Region
Ermənistan ordusunda böhran: Hamının girib-çıxdığı yerdir
Ermənistanda məcburi hərbi xidmət müddətinin 1,5 ilə endirilməsindən sonra orduda şəxsi heyət çatışmazlığı yaranıb.
Publika.az xəbər verir ki, Ermənistan mətbuatı yazır ki, Ermənistan Müdafiə Nazirliyi yaranmış problemi həll etmək üçün “Vətənin müdafiəçisi” proqramı çərçivəsində hərbçilərin sayını tələsik artırır. İddiaya görə, namizədlərə qoyulan tələblər arxa plana keçirilib və proqrama, hətta əvvəllər xidmətdən uzaqlaşdırılmış şəxslər də daxil olmaqla, demək olar ki, bütün müraciət edənlər qəbul edilir.
Mətbuat son aylarda Ermənistan ordusunda baş verən faciəvi hadisələri hərbçilərin seçimində tələblərin aşağı salınması ilə də əlaqələndirir. Nəşrin həmsöhbətləri orduda lazımi nəzarətin olmadığını bildirirlər.
“Ordu hamının girib-çıxdığı, lazımi nizamın olmadığı bir yerə çevrilib”, - deyə “Hraparak”ın həmsöhbəti Ermənistan ordusundakı vəziyyəti xarakterizə edib.
Qeyd edək ki, Ermənistanda “Vətənin müdafiəçisi” proqramı müddətli hərbi xidmət keçənlərə altı aydan sonra beşillik müqavilə əsasında xidmətə keçməyə imkan verir. Müqavilə başa çatdıqda və ya səhhətinə görə vaxtından əvvəl ləğv edildikdə hərbçilərə təxminən 12 min dollar kompensasiya ödənilir.
Adəm
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































