Region
SEPAH-ın briqada generalından Trampa xəbərdarlıq - “Həmin təcrübəni nəzərə al”
"ABŞ Prezidenti Donald Tramp İranla müharibədən dərslər çıxarmalı və Tehranın şərtlərini qəbul etməlidir".
Publika.az “Mehr”ə istinadla xəbər veir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Hüseyn Mohebi bildirib.
Onun sözlərinə görə, Tramp müharibə zamanı qarşısına qoyduğu məqsədlərdən heç birinə nail olmayıb, Birləşmiş Ştatlar ciddi iqtisadi və siyasi nəticələrlə üzləşib.
SEPAH nümayəndəsi ABŞ Prezidentini İranla bağlı gələcək qərarlar qəbul edərkən həmin təcrübəni nəzərə almağa çağırıb.
Mohebi həmçinin bildirib ki, ABŞ öz xarici və hərbi siyasətini yenidən nəzərdən keçirməlidir. Onun sözlərinə görə, Amerika rəhbərliyi İsrailin maraqlarını öz vətəndaşlarının maraqlarından üstün tutur.
“Tramp amerikalılara söz vermişdi ki, Amerika hər şeydən əvvəl olacaq, lakin bu gün ABŞ üçün birinci yerdə İsraildir”, – deyə SEPAH nümayəndəsi bildirib.
O, həmçinin Amerika hərbi xərclərinin həcmini tənqid edərək bəyan edib ki, guya ABŞ silahlı qüvvələri hərbi büdcəsi Pentaqonun xərclərinin cəmi 10 faizini təşkil edən dövlətlərə qarşı müharibə aparmağa qadir deyil.
Hüseyn İbadlı
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi








.jpg)











.jpg)
















