Region
İran Hörmüz boğazı ilə bağlı qəti qərar verdi
Hörmüz boğazında yerləşən Qeşm adasının sakinləri dəniz tərəfdən gələn partlayış səsləri eşidiblər.
Publika.az xəbər verir ki, bəzi xəbər agentlikləri İran hava hücumundan müdafiə sistemlərinin ölkənin cənub ərazilərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) vurması ehtimalını yazıb.
Son dövrlərdə həm qayda pozan gəmilərin, həm də ABŞ PUA-larının hədəf alınması ilə bağlı bu cür hadisələr dəfələrlə təkrarlanıb.
Hörmüz boğazının həmin bölgəsində baş verənlərlə bağlı rəsmi bəyanatların verilməsi gözlənilir. Lakin demək olar ki, istər PUA-ların, istərsə də gəmilərin hədəf alınması İranın Hörmüz boğazına məhz özünün nəzarət etdiyini və oradakı vəziyyəti tam şəkildə izlədiyini sübut etməyə yönəlmiş qətiyyətli cəhdidir.
Bu gün İran ordusunun sözçüsü də bunu təsdiqləyərək bildirib ki, İranın silahlı qüvvələri həmin əraziyə hərbi cəhətdən nəzarət edir və sutka ərzində onu müşahidə altında saxlayır. SEPAH Aerokosmik Qüvvələri komandanının müşaviri də vurğulayıb ki, İran müharibə zamanı istifadə etmədiyi böyük miqdarda döyüş texnikasına malikdir və ABŞ, ya da İsrail tərəfinin yaradacağı gərginliyə tam hazırdır.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi








.jpg)











.jpg)
















