Region
İranlı general ABŞ-ı “Müqavimət cəbhəsi” ilə HƏDƏLƏDİ - “Quru qoşunları ilə müdaxilə etsə...”
“ABŞ İrana qarşı quru qoşunları ilə müdaxilə edəcəyi təqdirdə məğlubiyyətə düçar olacaq”.
Publika.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin əlaqələndirmə məsələləri üzrə komandir müavini, briqada generalı İraj Mascədi bəyan edib.
“Əgər amerikalılar belə addımlar atsalar, onda İslam Respublikası və “Müqavimət cəbhəsi” mübarizəyə güclü şəkildə qoşulacaq və rəqib, şübhəsiz ki, məğlubiyyətə uğrayacaq”, - deyə Mascədi Vaşinqtonu belə addım atmamaq barədə xəbərdar edərək bildirib.
General deyib ki, SEPAH-ın “Qüds” qüvvələri ABŞ-nin mümkün quru əməliyyatına müqavimət göstərməyə hazırdır. Onun sözlərinə görə, İran bu gün əvvəlki onilliklərə nisbətən daha güclüdür və eyni sözlər “Müqavimət cəbhəsi”nə də aiddir.
Mascədi, həmçinin İrana müttəfiq silahlı qruplaşmaların regional şəbəkəsinin hərbi əməliyyatlar və ya ayrı-ayrı komandirlərin ölümü nəticəsində zəifləyə biləcəyi ehtimalını rədd edib. Onun qənaətincə, “Müqavimət cəbhəsi” “güclü qüvvə”yə çevrilib və regional və beynəlxalq aləmdə mühüm faktor olaraq qalır.
Mascədinin bəyanatı ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatının müzakirələri fonunda səslənib.
Mascədi vurğulayıb ki, quru yolu ilə müdaxilə olacağı təqdirdə İran və onunla əlaqəli regional qüvvələr birgə fəaliyyət göstərəcəklər. Bununla belə, ABŞ-ın qaçılmaz məğlubiyyəti ilə bağlı iddia yalnız iranlı generalın qiymətləndirməsidir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehran münasibətilə gələcək tədbirlərin variantlarını nəzərdən keçirdiyini bildirmişdi. İran hakimiyyəti də öz növbəsində mümkün yeni hücuma cavab verməyə hazır olduqlarını dəfələrlə bəyan edib.
Hüseyn İbadlı
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu























.png)













