Region
Ermənistan silah istehsalına başlayır - Hindistanla plan üzə çıxdı
Ermənistan Hindistanla birgə ölkə ərazisində "Pinaka Mk-II" reaktiv mərmilərinin istehsalı və yığılmasını təşkil edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "İdrw" portalı məlumat yayıb.
Portalın məlumatına görə, Ermənistan və Hindistan arasında bu istiqamətdə müzakirələr aparılır. Razılaşma əldə olunacağı təqdirdə, layihənin iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını genişləndirə və Ermənistanın reaktiv artilleriya sistemləri üçün sursat təminatını artırmasına imkan yarada biləcəyi bildirilir.
Ermənistan artıq Hindistan istehsalı "Pinaka Mk-II" idarəolunan raketlərini və artırılmış mənzilli idarəolunmayan "Pinaka" raketlərini silahlanmasına daxil edib. Bununla belə, mümkün yerli istehsalın hansı raket modifikasiyasına əsaslanacağı hələ dəqiqləşməyib.
Mümkün layihə çərçivəsində Hindistan tərəfinin texnologiya, istehsal və personal hazırlığı sahəsində Ermənistana dəstək göstərməsi gözlənilir. İstehsalın ilkin mərhələsində Hindistandan gətirilən komponentlərdən istifadə olunması, sonrakı mərhələlərdə isə yerli istehsalın artırılması nəzərdə tutula bilər.
Hazırda konkret istehsal modeli, raketin modifikasiyası və texnologiya transferinin şərtləri müəyyən edilməyib. Yekun razılaşmanın əldə olunduğu da açıqlanmayıb.
Ermənistan son illərdə Hindistandan "Pinaka" reaktiv yaylım atəş sistemləri ilə yanaşı, "ATAGS" haubitsaları, "Akash" zenit-raket kompleksləri və "Swathi" radarları da alıb.
Müəllif: Adəm
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


















.jpg)
















