Region
İstanbulda turistləri daşıyan qayıq tarixi villaya çırpıldı
Turist qayığı İstanbulda Bosfor boğazının sahilində kiçik bir gəmi ilə toqquşub və sonra tarixi villaya çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə IHA xəbər agentliyi binanın sahibi Derin Mermerciyə istinadən məlumat yayıb.
Hadisə anını CCTV kameraları lentə alıb. Sosial mediada yayımlanan görüntülərdə gəminin əvvəlcə motorlu qayıqla toqquşduğu, daha sonra villanın qarşısındakı körpünü söküb binaya çırpıldığı görünür.
Mermerciyin sözlərinə görə, qəza zamanı evdə uşaqlar olub.
"Onlar villanın körpüsünü dağıdıblar. Mən bu insanları məhkəməyə verəcəyəm. Evdə uşaqlar var idi və onlar qorxmuşdular", - deyə ev sahibi bildirib.
Toqquşma zamanı turistlər Bosfor boğazı boyunca axşam gəzintisində olublar. Mermerci gəmi kapitanı ilə danışıb, lakin qəzanın səbəbi hələ müəyyən edilməyib. Gəminin sahibi hadisə ilə bağlı heç bir şərh verməyib.
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











