Region
Ərdoğan yeni sürət qatarının sükanı arxasında - VİDEO
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Halkalı–Kapıkule Sürət Qatarı Xəttinin 153 kilometrlik Çərkəzköy–Kapıkule hissəsinin rəsmi açılış mərasimində iştirak edib.
Publika.az xəbər verir ki, bub barədə "Haber 7" məlumat yayıb.
Bildirilib ki, açılış mərasimindən sonra maşinist oturacağına keçən Prezident Ərdoğan, yeni istifadəyə verilən xətdə ilk səfəri və sınaq yürüşünü şəxsən özü idarə edərək reallaşdırıb.
Sınaq sürüşündən sonra nümayəndə heyəti ilə xatirə fotosu çəkdirən Ərdoğan müasir dəmir yolu layihəsinin həm region, həm də ölkə nəqliyyatı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Layihənin əsas göstəriciləri və əhəmiyyəti:
- Səyahət müddəti: Layihənin tam başa çatması ilə Halkalı–Kapıkule arasında sərnişin daşınması 4 saatdan 1 saat 30 dəqiqəyə, yük daşınması isə 8,5 saatdan 3,5 saata enəcək.
- Məhsuldarlıq: Dəmir yolu xəttinin gücü təxminən 4 dəfə artacaq. İllik sərnişin tutumunun 600 mindən 3 milyona, yük daşıma həcminin isə 1,5 milyon tondan 9,5 milyon tona çatdırılması nəzərdə tutulur.
- Avropa ilə inteqrasiya: Bu layihə ilə Türkiyənin sürətli qatar şəbəkəsi Çərkəzköydən Avropa sərhədində yerləşən Kapıkuleyə qədər uzadılmış oldu.
Hüseyn İbadlı
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi

















.jpg)





.jpg)







.jpg)

