Hörmüz boğazını açmağa borclu deyilik - İran XİN
Bizi izləyin

Region

Hörmüz boğazını açmağa borclu deyilik - İran XİN

Hörmüz boğazını açmağa borclu deyilik - İran XİN

İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı razılaşma boğazın dərhal açılması demək deyil.

Publika.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi “SNN” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Maskatla əldə olunan razılaşma əvvəlki prosedurları əvəz edən hüquqi və texniki tədbirdir. Tehran və Maskat sənədi Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata almağa çalışırlar.

Qəribabadi vurğulayıb ki, Hörmüz boğazının açılması ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. O əlavə edib ki, Vaşinqton münaqişənin hərbi yolla həllinin mümkün olmadığını anlayanadək İran boğaz üzərində nəzarətini davam etdirəcək.

"İran hazırkı mərhələdə Hörmüz boğazını yenidən açmağa borclu deyil", - vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm