Nəsimi Musayevin yaraladığı Avetisyan və iki uşağı zərərçəkmiş kimi tanındı
Bizi izləyin

Region

Nəsimi Musayevin yaraladığı Avetisyan və iki uşağı zərərçəkmiş kimi tanındı

Nəsimi Musayevin yaraladığı Avetisyan və iki uşağı zərərçəkmiş kimi tanındı

Azərbaycan əsgərinin yaraladığı Ani Avetisyan və onun iki uşağı zərərçəkmiş kimi tanınıb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a İstintaq Komitəsindən məlumat verilib.

Daha əvvəl onun bir ay ərzində daha bir ayağından əməliyyat olunacağı bildirilmişdi. Hazırda qadın müstəqil şəkildə gəzə bilmir. Əlindəki üç barmağı amputasiya edilib.

Oktyabrın 1-də Ermənistana qanunsuz daxil olaraq Sünik rayonunun Şaki kəndindəki bir evə girən silahlı Azərbaycan əsgəri Nəsimi Musayevin uşaqlara və onların analarına hücum etdiyi bildirilib. Baş verən davada ev sahibi Ani Avetisyan (o, güllə yarası alıb) və iki uşağı yaralanıb.

Müqavimət göstərərkən Avetisyan əsgəri bıçaqlamağı bacarıb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri Musayevi saxlayıb. Cinayət işi açılıb və Azərbaycan əsgəri iki ay müddətinə həbs edilib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm