Region
İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
Ermənistanın Avropa İttifaqına qoşulması yalnız mümkün ssenarilərdən biridir, çünki ölkənin Aİ üzvü olmaq istəyi məsələni həll etmək üçün kifayət deyil.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Radio France Internationale” (RFI)-yə verdiyi müsahibədə bildirib.
Baş nazir qeyd edib ki, "Məsələni həll etmək üçün təkcə Ermənistanın istəyi kifayət deyil: Avropa İttifaqı özü də daha da genişlənmənin məqsədəuyğun olub-olmadığına qərar verməlidir".
O, bu gün də Aİ daxilində bu məsələ ilə bağlı fərqli fikirlərin olduğunu qeyd edib.
Paşinyan əlavə edib ki, hökumətin strateji məqsədi Ermənistanın Avropa İttifaqına qoşulub-qoşulmaması deyil, ölkə və xalqı üçün əvvəllər çatışmayan alternativlər yaratmaqdır.
“Məqsəd alternativlər təklif etməkdir və sonra cəmiyyət Ermənistanın AİB-də qalıb-qalmayacağına, Aİ-yə qoşulmaq istəyib-istəmədiyinə, yoxsa heç bir ittifaqa qoşulmaq istəmədiyinə qərar verə biləcək. Hər halda, qalib biz olacağıq, çünki islahatlar həyata keçirməklə sonda Avropa standartlarına tam uyğun bir dövlətə nail olacağıq”, - deyə Paşinyan əlavə edib.
Eyni zamanda, Ermənistanın Baş naziri bir daha vurğulayıb ki, Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsini istəmir: "Məqsədlərimiz Rusiya Federasiyası ilə münasibətlərin pozulması və ya pisləşməsi olmayıb və olmayacaq da".
Müəllif: Tural
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır





































