Region
Bu il 577 nəfər Ermənistandan sığınacaq istəyib: Əfqanlar, iranlılar...
2026-cı il yanvarın 1-dən sentyabrın 24-dək Ermənistan Respublikasında 577 nəfər sığınacaq üçün müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq məlumat verib.
Vətəndaşlarının Ermənistanda sığınacaq axtardığı əsas ölkələr: Ukraynadan 78, Əfqanıstandan 30 və İrandan 15 nəfər artıq Ermənistanda qaçqın statusu alıb.
Ermənistanda sığınacaq axtaranlar üçün Norkda xüsusi müvəqqəti yaşayış mərkəzi var, lakin o, bərbad vəziyyətdədir. 2025-ci ildə Abovyanda 120 nəfərlik yeni yataqxananın açılması planları barədə məlumat verilmişdi.
Daxili İşlər Nazirliyinin cavabında deyilir ki, Abovyan şəhərində bu yaxınlarda tikilmiş müvəqqəti yaşayış mərkəzi artıq istifadəyə verilib və müxtəlif ölkələrdən 69 nəfər yerləşdirilib.
“Sığınacaq axtaranların sayı bu tutumları xeyli üstələyir və hazırda yeni mərkəzlərin tikilməsi planlaşdırılmır. Müvəqqəti həll yolu olaraq, ölkəmizdə sığınacaq axtaranlara altı ay ərzində 60.000 dram kirayə haqqı kompensasiyası verilir”, - məlumatda bildirilir.
Müəllif: Tural
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər



















.webp)





















