Region
İstanbulda leysan həyatı iflic etdi: Yol çökdü, məktəblər bağlandı
Türkiyənin İstanbul şəhərində güclü leysan bir sıra fəsadlara səbəb olub. Yolları, tunelləri və yeraltı keçidləri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağış nəticəsində bəzi ev və iş yerlərini su basıb, avtomobillər yollarda qalıb. Eyüpsultan rayonunda yol çöküb, Beykozda isə həyət divarının uçması nəticəsində iki nəfər xəsarət alıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də İstanbulda dövlət və özəl təhsil müəssisələrində əyani təhsil dayandırılıb. İkitəkərli nəqliyyat vasitələrinin hərəkəti də ikinci göstərişədək qadağan edilib.
İstanbul valisi Davut Gül sakinləri zərurət olmadıqca evdən çıxmamağa çağırıb. Gecəni daha təhlükəsiz və yuxarı mərtəbələrdə keçirmək tövsiyə edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına görə, hazırda şəhərdə nəqliyyat sıxlığı 89 faizə çatıb.
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək












.jpg)
.jpg)

.png)





















