Region
Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirildi - Hansı mesajlar verildi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib.
Publika.az xəbər verir ki, Prezident Kompleksində təşkil olunan, mətbuata qapalı toplantıda şura üzvləri və Türkiyə parlamentinin keçmiş sədrləri iştirak ediblər.
İclasda Köksal Toptan, Binali Yıldırım, Cemil Çiçek, İsmail Kahraman, İsmet Yılmaz, Mehmet Ali Şahin və Mustafa Şentopla yanaşı, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin katibi Hasan Doğan və Administrasiyanın baş katibi Hakkı Susmaz da iştirak ediblər.
Toplantıda regionda və dünyada baş verən son hadisələrin, o cümlədən Qəzza və İordan çayının Qərb sahilindəki vəziyyətin müzakirə olunduğu bildirilib. Açıqlamada İsrailin Əl-Əqsa məscidinə yönələn təxribatları və Suriyanın inkişafına mane olmaq cəhdləri də qeyd edilib.
Həmçinin Məkkədə Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişinin qardaş ölkələrlə həmrəyliyi gücləndirdiyi vurğulanıb.
Türkiyənin təxribatlara uymadan, sağlam düşüncə və soyuqqanlılıqla prosesləri idarə etdiyi də diqqətə çatdırılıb.
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region14 Oktyabr 15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi







.jpg)





.webp)























