Region
40-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
İstanbul Beynəlxalq Hava Limanına uçuş həyata keçirən 40-dan çox təyyarə əlverişsiz hava şəraiti səbəbindən digər hava limanlarına yönləndirilib.
Publika.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi 16 reysin Ankaraya, 10 reysin İzmirə, 8 reysin isə şəhərin Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına yönləndirildiyini açıqlayıb.
Qeyd edək ki, oktyabrın 14-də İstanbulda güclü yağış və külək ciddi fəsadlara səbəb olub. Şəhərdə evlərin su altında qalması ilə bağlı 1 277 hadisə və 15 torpaq sürüşməsi qeydə alınıb, tıxacların səviyyəsi 89 faizə yüksəlib. Fatih rayonunda su basmış ərazidə elektrik cərəyanının vurması nəticəsində 14 yaşlı yeniyetmə həyatını itirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də İstanbulda sarı xəbərdarlıq elan edilib. Güclü yağışların davam edəcəyi gözlənildiyindən sakinlərə zərurət olmadıqca evdən çıxmamaq tövsiyə olunub. Həmçinin şəhərdəki məktəblərdə əyani dərslər dayandırılıb.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR




















.png)

















