Region
Bütün gücümüzlə vuruşmalıyıq - Qalibaf xalqa müraciət etdi
İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ və İsraillə müharibə zamanı İran silahlı qüvvələrinin gücü və ölkənin potensialı əhəmiyyətli dərəcədə artıb.
Publika.az xəbər verir ki, Qalibaf ABŞ ilə davam edən münaqişə ilə bağlı milli televiziyada yayımlanan müraciətində bildirib ki, "ABŞ-a, dünyaya və regiona məqsədlərinə çatmayacaqlarını başa salmaq üçün kifayət qədər güclü olmalıyıq".
“İranın atəş gücü, hava hücumundan müdafiə imkanları və hücum potensialı təcavüzkar müharibə zamanı əhəmiyyətli dərəcədə artıb. Vəziyyət tələb etdikdə bütün gücümüzlə vuruşmalıyıq”, - deyə Qalibaf vurğulayıb.
O qeyd edib ki, müharibə, danışıqlar və təcrid dövrü İran o qədər güclü olana qədər davam edəcək ki, rəqibləri ona hücum etməyi ağlına belə gətirməyəcəklər.
Qalibaf əlavə edib ki, "Amerika Birləşmiş Ştatları davranışını dəyişməli və İran xalqının qanuni tələblərini qəbul etməlidir. Hər dəfə döyüş meydanında hərbi qələbə qazananda onu siyasi cəhətdən möhkəmləndirməliyik".
İran parlamentinin spikeri həmçinin bildirib ki, ölkə ABŞ ilə danışıqlar apararkən belə müharibəyə hazır olmalıdır, əsas məqsəd Amerikanın başqa bir hücumunun qarşısını almaqdır. Lakin o, qeyd edib ki, Vaşinqtonla müqavilə imzalamaq heç bir zəmanət vermir.
"Onlar vədlərini pozurlar. Hazırkı vəziyyətdə İran təcavüzkarı dəf etməyə hazır olmalıdır və biz döyüş meydanında əsl cəsarət nümayiş etdirməliyik. Yalnız bundan sonra davamlı çəkindirməni təmin edə bilərik”, - Qalibaf bildirib.
Müəllif: Tural
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi

















.jpg)













.jpg)

