Region
Türkiyədə hava yenidən pisləşir: İstanbul üçün təhlükə elan edildi
Türkiyənin şimal-qərbində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan edilib.
Publika.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, ölkənin şimal-qərbindəki beş vilayətdə güclü leysan yağışları gözlənilir.
Yağışların daşqınlara, nəqliyyatda fasilələrə və digər təhlükəli hadisələrə səbəb ola biləcəyi bildirilir.
Bundan başqa, oktyabrın 17-si üçün Türkiyənin 36 vilayətində, o cümlədən Ankara, Mərkəzi Anadolu və Aralıq dənizi bölgəsində sarı təhlükə kodu elan edilib. Həmin ərazilərdə güclü yağış və külək gözlənilir.
Xatırladaq ki, oktyabrın 14-də İstanbulda baş verən güclü yağışlar nəticəsində bəzi əraziləri su basıb. Son məlumata görə, dörd nəfər həlak olub, üç nəfər itkin düşüb.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO

























.jpg)








.jpg)

