Türkiyədə 88 nəfər qidadan zəhərləndi
Bizi izləyin

Region

Türkiyədə 88 nəfər qidadan zəhərləndi

Türkiyədə 88 nəfər qidadan zəhərləndi

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb.

Publika.az xəbər verir ki, xəstəxanaya müraciət edənlərin 77-si şagird, 11-i isə mülki şəxsdir.

Qeyd olunur ki, 55 nəfər ambulator müalicə alıb, 33 nəfər isə xəstəxanaya yerləşdirilib.

***

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda yeməkdən sonra 25 nəfər özünü pis hiss edərək xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, hadisə Kayabağlar qəsəbəsində baş verib. Məktəblə əlaqəsi olmayan iaşə obyektindən qida qəbul edən şəxslərdə qısa müddət sonra ürəkbulanma, qusma və qarın ağrısı əlamətləri yaranıb.

Özünü pis hiss edənlərin 12-si şagird, qalanları isə onların valideynləri və digər sakinlər olub. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı tibbi yardım briqadaları göndərilib. İlkin tibbi yardım göstərilən şəxslər Kurtalan Dövlət Xəstəxanasına aparılaraq müalicə və müşahidə altına alınıblar.

Məlumata əsasən, zərərçəkənlərin ümumi sağlamlıq vəziyyəti yaxşıdır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm