İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
Bizi izləyin

Region

İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı

İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı

Ermənistana gələn Rusiya vətəndaşı Svetlana Frayji yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya"ya Frayjinin qızı Yelena məlumat verib. Qeyd edilib ki, Rusiya vətəndaşı olan 66 yaşlı Svetlana İrəvanda yoxa çıxıb.

O bildirib ki, qadın oktyabrın 10-da Rusiyadan İrəvana avtobusla gəlib. Rusiya vətəndaşı ertəsi gün Parisə uçmalı imiş.
"Svetlananın qızının sözlərinə görə, anası hava limanına getsə də, təyyarəyə minməyib. Oktyabrın 11-i axşam isə onun telefonu işləməyib və "WhatsApp"a isə hələ də mesajlar çatmır. Yelena deyib ki, onu sonuncu dəfə oktyabrın 14-də səhər saat 11 radələrində görüblər. O, İrəvanın mərkəzinə doğru avtobusa minib. Oktyabrın 14-dən sonra qadın haqqında heç nə məlum deyil", - məqalədə yazılıb.

Qızın sözlərinə görə, polis artıq rusiyalı qadını axtarır və bu barədə Rusiyanın İrəvandakı səfirliyinin konsulluq şöbəsinə məlumat da verilib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm