Ərdoğanın Putinə ünvanladığı həmin dəvət qüvvədə qalır - DETALLAR
Bizi izləyin

Region

Ərdoğanın Putinə ünvanladığı həmin dəvət qüvvədə qalır - DETALLAR

Ərdoğanın Putinə ünvanladığı həmin dəvət qüvvədə qalır - DETALLAR

Türkiyə Rusiya Prezidenti Vladimir Putinin səfərini gözləyir və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ona ünvanladığı dəvət qüvvədə qalır.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Ankara ikitərəfli münasibətlər və regional gündəmlə bağlı məsələlər üzrə Moskva ilə birbaşa dialoqu davam etdirməkdə maraqlıdır.

Mənbə qeyd edib ki, qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən Qara dənizdəki vəziyyətin və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi perspektivlərinin müzakirəsi baxımından ən yüksək səviyyədə təmaslar vacibdir. Türkiyə tərəfi zəruri razılaşmalar əldə edildikdən sonra Rusiya prezidentinin səfərinin baş tutacağını gözləyir.

Sentyabrın 1-də Putin və Ərdoğan Qara dəniz ətrafındakı vəziyyət barədə təxminən bir saat yarım təkbətək danışıblar. Həmin gün iki ölkənin liderləri açıq sessiya çərçivəsində iqtisadi əməkdaşlıq məsələlərini və “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi də daxil olmaqla, irimiqyaslı infrastruktur layihələrinin inkişafını da müzakirə ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm