Region
Hörmüz boğazında tanker minaya düşdü
Hörmüz boğazının cənub hissəsində dəniz minasına düşən tankerin mühərrik bölməsində partlayış və yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Qayda pozan tanker Hörmüz boğazının cənub hissəsində dəniz minası ilə toqquşma nəticəsində mühərrik bölməsində baş verən partlayış və yanğın səbəbindən zədələnib”, - deyə dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin iddiasına görə, gəmi bütün mövqetəyinetmə və naviqasiya sistemlərini söndürərək, boğazdan keçid üçün müəyyən edilmiş qaydalara məhəl qoymadan boğazdan çıxmağa çalışıb.
“Əgər Hörmüz boğazı ərazisindən keçən gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürsələr, onlara qarşı sərt və qətiyyətli tədbirlər görüləcək”, - deyə SEPAH xəbərdarlıq edib.
Bəyanatda tankerin adı və hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi






































