Türkiyənin Qara dənizlə bağlı planı üzə çıxdı
Bizi izləyin

Region

Türkiyənin Qara dənizlə bağlı planı üzə çıxdı

Türkiyənin Qara dənizlə bağlı planı üzə çıxdı

Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq məqsədilə Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçidinə icazə verilməməsi mövqeyini müdafiə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Agentliyin mənbəsi vurğulayıb ki, bu mövqe boğazlarda mövcud hüquqi rejimin qorunması və regional sabitliyin təmin edilməsi zərurətinə əsaslanır.

“Montrö Konvensiyası hərbi gəmilərin keçidini tənzimləyən əsas beynəlxalq mexanizm olaraq qalır və Türkiyə onunla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək”, — deyə o bildirib.

Oktyabrın əvvəlində “Milliyet” qəzeti Türkiyənin Moskva və Kiyevə Rusiya və Ukrayna gəmiləri üçün təhlükəsiz dəhlizlərin açılması ilə bağlı iki təklif təqdim etdiyini yazmışdı.

Nəşrin məlumatına görə, Ankara Rusiya gəmiləri üçün Gürcüstan və Türkiyə sahilləri boyunca marşrutun, Ukrayna gəmiləri üçün isə Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına aparan təhlükəsizlik dəhlizinin açılmasını təklif edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm