Region
Türkiyədə istirahət 56 faiz ucuzlaşdı: Turistlər görün nə qədər qənaət edəcəklər
Rusiyalı turistlər noyabr ayında Türkiyənin lüks hotellərində “ultra hər şey daxil” konsepsiyası ilə istirahətə yüz minlərlə rubl qənaət edə bilərlər. Noyabrda ölkəyə turların qiyməti oktyabr ayı ilə müqayisədə 15-56 faiz ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Assosiasiyanın analitikləri noyabrın ortalarında Moskvadan uçuşla iki nəfər üçün 10 günlük istirahət paketlərinin qiymətlərini araşdırıblar. Tədqiqata “hər şey daxil” və “ultra hər şey daxil” xidmətləri təklif edən hotellər daxil edilib.
Araşdırmaya əsasən, noyabr ayında belə səyahətin orta qiyməti 291 min rubl (təxminən 6 min manat) təşkil edib. Oktyabrda isə bu məbləğ 509 min rubl (təxminən 10500 manat) olub.
ATOR-un məlumatında bildirilir ki, təcrübəli turistlər bu dövrdə Türkiyənin Deluxe səviyyəli hotellərində yay qiymətləri ilə müqayisədə 33-50 faiz endirimlə istirahət edə bilərlər.
Qeyd olunur ki, araşdırılan doqquz hoteldən altısında noyabr ayında istirahət etməklə avqust ayı ilə müqayisədə təxminən 190-255 min rubl (təxminən 4-5 min manat) qənaət etmək mümkündür.
Müəllif: Adəm
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?


























.jpg)










