Region
Seçkidən əvvəl kütləvi həbs: “Güclü Ermənistan”ın 14 üzvü saxlanıldı
“Güclü Ermənistan” partiyasının nümayəndələri Stepanavanda genişmiqyaslı həbslər və axtarışlar barədə məlumat veriblər.
Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Stepanavanda on dörd nəfər saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Komitədən qeyd edilib ki, "Axtarışlar və digər prosedur tədbirləri Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən cinayət araşdırmasının bir hissəsi olaraq həyata keçirilir. On dörd nəfər saxlanılıb. Lazım gələrsə, əlavə məlumat veriləcək".
Stepanavanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 25-də keçiriləcək. Bu, müxalifət partiyasının namizəd irəli sürdüyü yeganə icmadır.
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq iki gündür ki, vətəndaşları yerli özünüidarəetmə seçkiləri zamanı təzyiq və ya rüşvət halları barədə şəxsən ona məlumat verməyə çağırır.
Millət vəkili Andranik Gevorkyan Stepanavandakı müxtəlif müəssisələrdən siyasi səbəblərə görə işçilərin işdən çıxarıldığı bir neçə hal barədə məlumat verib. Buna cavab olaraq Paşinyan bu məlumatlarla bağlı araşdırma aparılmasını əmr edib və işdən çıxarılmaların iddia edilən əsl səbəblərini dərc etməyə başlayıb. Siyasətçilər və ekspertlər Paşinyanın davranışını seçkilərdən əvvəl kütləvi repressiyalara hazırlıq kimi qiymətləndiriblər.
Xatırladaq ki, 2026-cı ilin payızında Ermənistanın 46 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası üç səsvermə günü təyin edib: 27 sentyabr, 25 oktyabr və 29 noyabr.
Müəllif: Tural
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar

















.jpg)



.jpg)

















