"Buna ehtiyacımız yoxdur” deyən ağıllı bir insan təsəvvür edə bilmirəm - Mirzoyan
Bizi izləyin

Region

"Buna ehtiyacımız yoxdur” deyən ağıllı bir insan təsəvvür edə bilmirəm - Mirzoyan

"Buna ehtiyacımız yoxdur” deyən ağıllı bir insan təsəvvür edə bilmirəm -  Mirzoyan

TRIPP layihəsi vətəndaşların həyatını yaxşılaşdırmaq və asanlaşdırmaq üçün nəzərdə tutulub.

Publika.az xəbər verir ki, bunu oktyabrın 21-də Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı parlament üzvlərinin suallarını cavablandıran xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib.

Xarici İşlər Naziri qeyd edib ki, "Bizim buna ehtiyacımız yoxdur” deyən ağıllı bir insan təsəvvür edə bilmirəm".

Mirzoyanın sözlərinə görə, TRIPP təkcə Azərbaycanla deyil, həm də Gürcüstan və İranla sərhəd keçidlərini sadələşdirəcək.

"Ümid edirəm ki, Türkiyə ilə sərhəd açılacaq və bir məqamda sahibkarlar və vətəndaşlar üçün həyatı necə asanlaşdırmaq barədə düşünəcəyik", - Mirzoyan bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm