KTMT-dən Ermənistana mesaj: Təşkilatda gələcək İrəvanın qərarından asılıdır
Bizi izləyin

Region

KTMT-dən Ermənistana mesaj: Təşkilatda gələcək İrəvanın qərarından asılıdır

KTMT-dən Ermənistana mesaj: Təşkilatda gələcək İrəvanın qərarından asılıdır

Ermənistanın KTMT-də iştirakını dayandırmasına baxmayaraq, təşkilatın üzvü olaraq qaldığı bildirilib.

Publika.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan 2023-cü ildən təşkilatın əsas iclaslarında iştirak etmir, təxminən üç ildir üzvlük haqqını ödəmir və Katibliklə Birləşmiş Qərargahdakı kvota yerlərini doldurmur.

Baş katib bildirib ki, Ermənistanın təşkilatda gələcək iştirakı ilə bağlı qərar ölkə rəhbərliyinin mövqeyindən asılıdır. O, İrəvanın dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq yanaşmasını yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustda ölkəsinin KTMT-dən çıxarılmasından məmnun olacağını bildirmişdi. Onun sözlərinə görə, bu, İrəvanı təşkilatdan çıxıb-çıxmamaq barədə çətin seçimdən xilas edərdi.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm