Mirzoyan TRIPP-lə bağlı sualı cavablandırdı: Azərbaycana dair şərt
Bizi izləyin

Region

Mirzoyan TRIPP-lə bağlı sualı cavablandırdı: Azərbaycana dair şərt

Mirzoyan TRIPP-lə bağlı sualı cavablandırdı: Azərbaycana dair şərt

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində qanunvericiliyə dəyişikliklərin mümkün olduğunu bildirib. O, Azərbaycanla sülh sazişinin imzalanmasına dair təminatın isə qarşılıqlı maraqlardan qaynaqlandığını qeyd edib.

Publika.az xəbər verir ki, oktyabrın 21-də Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında müxalif “Güclü Ermənistan” blokunun deputatı Marianna Qaqramanyan TRIPP layihəsinə dair çərçivə sazişinin ratifikasiyası müzakirə olunarkən Ararat Mirzoyana sual ünvanlayıb.

Deputat Ermənistanın gömrük və sərhəd qaydalarının layihə çərçivəsində dəyişdirilib-dəyişdirilməyəcəyini soruşub. Mirzoyan sazişdən irəli gələn qanunvericilik dəyişikliklərinin mümkün olduğunu bildirib.

Qaqramanyan, həmçinin Azərbaycanın TRIPP layihəsini sülh sazişinin imzalanması üçün ilkin şərtlərdən biri kimi irəli sürdüyünü xatırladaraq, layihənin ratifikasiyasından sonra Bakının sülh sazişini imzalayacağına dair hansı təminatların olduğunu soruşub.

Mirzoyan isə qeyd edib ki, əsas təminat tərəflərin qarşılıqlı maraqlarıdır. Onun sözlərinə görə, Ermənistan müharibə istəmir, sülh və əməkdaşlıq arzulayır və rəsmi İrəvan Azərbaycanın da bunu istədiyini düşünür.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm