Region
“Bombaların nənəsi” və “raketlərin atası” - İranda nə baş verir?
Tehran ABŞ-ın “bütün bombaların anası” adlandırılan aviabombasından daha güclü silaha malikdir.
Publika.az xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Zeynivənd deyib.
Narahat olmayın, onlarda ‘bütün bombaların anası’ varsa, bizdə də ‘bombaların nənəsi’ mövcuddur”, – Zeynivənd bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonun istifadə edəcəyi istənilən silaha cavab vermək imkanına malikdir.
Lakin İran rəsmisinin bəhs etdiyi silahın adı, texniki xüsusiyyətləri və sınaq nəticələri açıqlanmayıb. İranın eyni sinfə aid daha güclü silaha sahib olması barədə hələlik müstəqil təsdiq yoxdur.
İran parlamenti sədrinin müavini Həmidrza Hacıbabayi də Vaşinqtonun güclü bombadan istifadə edəcəyi təqdirdə Tehranın “bütün raketlərin atası” ilə cavab verəcəyini açıqlayıb.
“Biz ‘bütün raketlərin atası’ ilə cavab verəcəyik. Amerikanın bütün bomba növlərini nəzərə almışıq və onlara qarşı necə hərəkət edəcəyimizə dair planımız var”, – o vurğulayıb.
Qeyd edək ki, söhbət ABŞ arsenalında yer alan “GBU-43/B” aviabombasından gedir. Kütləsi 9,5 tondan çox olan bu bomba ABŞ-ın ən güclü qeyri-nüvə bombası hesab olunur.
CNN telekanalı daha əvvəl ABŞ hərbçilərinə istinadən xəbər verib ki, İrana qarşı zərbələr yenidən başlayacağı təqdirdə Vaşinqton bu bombadan istifadə edəcək. (Globalinfo.az)
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
































