Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
Bizi izləyin

Region

Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir

Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir

Ermənistan Türkiyə ilə sərhədin açılması məsələsində Azərbaycan və Türkiyə ilə işləməyə davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə oktyabrın 22-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Publika.az xəbər verir ki, Paşinyan Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeydlərinin olduğunu deyib.

“Hazırda proseslər bu mərhələdədir. Bununla belə, müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik”, - deyə baş Paşinyan vurğulayıb.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm