Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
Bizi izləyin

Region

Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto

Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto

Ermənistanda radikalların narazılığına səbəb olan maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, Araqatsotnun Arteni kəndindəki məktəblərdən birinin fasadında dəyişiklik edilib. Belə ki, sakinlərin narazılıqlarına baxmayaraq, Ermənistanın "milli qəhrəmanı" Andranik Ozanyanın mozaika ilə vurulmuş şəkli fasaddan qoparılıb.

Kriminal xəbər saytı olan "Shamshyan" saytının məlumatına görə, şəkil xüsusi daşlardan hazırlanıbmış. Kəndlilərin məktəbin qarşısında bir neçə gün keşik çəkmələrinə baxmayaraq, mozaika xüsusi avadanlıqla qoparılıb.

Nəşr yazıb ki, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin qərarından sonra şəkil dünən yığışdırılıb. Kənd sakinləri indi kompromis variant axtararaq sökülmüş mozaikanı Qarabağ müharibəsi "qəhrəmanları" parkında quraşdırmağı təklif edirlər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm