Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
Bizi izləyin

Region

Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər

Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın Acapnyak inzibati rayonuna səfəri zamanı diqqətçəkən hadisə baş verib.

Publika.az xəbər verir ki, Paşinyan ərazidə gəzən zamanı sakinlərdən biri ona yaxınlaşaraq baş naziri qucaqlayıb və öz hisslərini ifadə edib. Maraqlıdır ki, vətəndaşın davranışı və fikirləri sosial şəbəkələrin erməni seqmentində qul təfəkkür kimi qəbul edilib. Əksər şərhlərdə isə qadına ağır təhqirlər və söyüşlər yazılıb.

"Mamul" nəşri isə yazır ki, parkda gəzən vətəndaş sadəcə “Hər şey çox yaxşıdır, əladır. Bizim evdə hətta sizə sadəcə sitayiş edirlər” deyib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm