Region
İran ABŞ-ın təhdidlərinə cavab verdi: "Heç bir dövlətin icazəsini gözləməyəcəyik"
"İran öz ərazisini qorumaq üçün digər dövlətlərdən icazə almaq niyyətində deyil və istənilən təcavüzə cavab zərbəsi endirməyə hazırdır.
Publika.az "Mehr"ə istinadla xəbər verir ki, bunu, İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək barədə ABŞ-ın təhdidləri fonunda İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani bəyan edib.
“İran özünü müdafiə etmək üçün heç bir dövlətin icazəsini gözləməyəcək”, – deyə Mühacirani “İran təhdidlərlə məhv edilə bilməz” adlı bəyanatında vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və İsrail hakimiyyətləri anlamalıdırlar ki, İranın gələcəyi onların istək və qərarlarından asılı deyil. Təhdidlər ölkəni müstəqilliyindən və öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək hüququndan imtina etməyə məcbur etməyəcək.
Mühacirani bildirib ki, İran hakimiyyəti müharibənin nəticələrini dərk edir və yeni münaqişənin qarşısını almağa çalışır. O vurğulayıb ki, sülhə can atmaq müdafiə məsələlərində qətiyyətsizlik kimi qiymətləndirilməməlidir.
“Vətəndaşlarımızın həyatını, ölkəmizin ərazi bütövlüyünü və müstəqilliyini qorumaq bizim borcumuzdur və biz bu vəzifənin yerinə yetirilməsindən heç vaxt geri çəkilməyəcəyik”, – deyə hökumət nümayəndəsi bəyan edib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri ölkəni müdafiə etməyə hazırdır, mümkün rəqiblər isə təcavüzün cəzasız qalmayacağını nəzərə almalıdırlar. Mühacirani İranın müdafiə potensialını və xalqın iradəsini nəzərə almayan, ölkənin imkanlarına dair istənilən qiymətləndirməni yanlış adlandırıb.
Hüseyn İbadlı
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









