Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var
Bizi izləyin

Region

Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var

Türkiyədə faciə: Qasırğa kranı aşırdı, ölənlər var

Türkiyədə baş verən qasırğa fəhlələrin kabinələrini və tikinti kranını dağıdıb, nəticədə dörd nəfər ölüb, bir nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “BNO News” məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Antalya şəhərinin Fevzi Çakmak rayonunda baş verib. Tikinti sahəsinə bitişik binalara zərər dəyməyib.

Türkiyə Meteorologiya Xidməti daha əvvəl güclü yağış səbəbindən sarı hava xəbərdarlığı etmişdi.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm