Region
Paşinyan Japarovla Tokayevi səhv saldı, yanlış adam cəzalandı - Protokol xətası, yoxsa...
Dövlət başçısının protokol səhvi zamanı məsul şəxslərdən birinin vəzifədən azad edilməsi beynəlxalq təcrübədə hadisənin siyasi məqsəd daşımadığını göstərmək üçün tətbiq olunur. Lakin belə vəziyyətdə ən doğru addım tədbiri dayandırmaq, qonaqdan üzr istəmək və səhvi düzəltməkdir.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın Vyetnam, Kamboca, Laos və Filippində keçmiş səfiri Vaqram Kajoyan bildirib.
Qeyd olunur ki, COP-17 çərçivəsində keçirilən rəsmi tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan prezidenti Sadır Japarovu Qazaxıstan prezidenti kimi təqdim edib. Bir neçə gün sonra Dövlət Protokolu Xidmətinin rəhbəri Qagik Vanoyan vəzifəsindən azad olunub. Rəsmi açıqlama verilməsə də, yerli mətbuat bunu Paşinyanın səhvi ilə əlaqələndirib.
Kajoyan bildirib ki, qarşısında Qırğızıstan prezidenti dayandığı, ətrafda bu ölkənin bayraqları olduğu halda onu Qazaxıstan prezidenti kimi təqdim etmək qəribədir. Onun sözlərinə görə, ilk növbədə Paşinyana təqdim olunan mətndə səhv olub-olmadığı araşdırılmalıdır. Səhv mətndə olubsa, məsuliyyət protokol xidmətinin deyil, həmin mətni hazırlayan əməkdaşın üzərinə düşür.
Diplomat qeyd edib ki, beynəlxalq təcrübədə belə hallarda protokol xidmətinin əməkdaşının işdən çıxarılması hadisənin siyasi deyil, texniki səhv olduğunu göstərmək məqsədi daşıyır.
O, oxşar halların əvvəllər də baş verdiyini xatırladıb. 2021-ci ildə Paşinyan Rusiya prezidenti Vladimir Putini “Fransa prezidenti” adlandırıb. ABŞ prezidenti Donald Tramp da Azərbaycanın və Albaniyanın adlarını səhv tələffüz edərək “Aberbaycan” və “Albaniya” deyib. Lakin bu hadisələrə görə heç kim vəzifəsini itirməyib.
Kajoyanın sözlərinə görə, qəsdən edilən protokol səhvləri ölkələr arasında münasibətlərdə gərginliyə işarə ola bilər. Xüsusilə belə hadisənin dost ölkəyə qarşı baş verməsi narahatlıq doğurur. Qırğızıstan mətbuatında da hadisə ilə bağlı narazılıq və təəccüb ifadə olunub.
Diplomat hesab edir ki, belə vəziyyətdə çıxışı dərhal dayandırmaq, qonaqdan üzr istəmək və səhvi düzəltmək lazımdır. Səhv həmin anda fərq edilməyibsə, tədbir zamanı qarşı tərəfin nümayəndə heyətinə izahat verilməlidir.
Onun fikrincə, sadəcə bir neçə dəfə “Qazaxıstan” sözünü təkrarlamaq və protokol xidmətinin rəhbərini işdən çıxarmaq daxili auditoriya üçün kifayət edə, lakin qarşı tərəfi inandırmaya bilər. Bununla belə, Kajoyan Qırğızıstan tərəfinə diplomatik kanallarla yazılı izahat verilməsinin mümkünlüyünü də istisna etməyib.
O, beynəlxalq təcrübədən daha bir nümunə gətirib. ABŞ-ın keçmiş prezidenti Corc Buş Avstraliyada səfərdə olarkən sülhməramlı əməliyyatda iştirak edən ölkənin hərbçilərinə təşəkkür edərkən Avstraliya əvəzinə Avstriya silahlı qüvvələrini qeyd edib.
Kajoyanın sözlərinə görə, ABŞ-da ən çox qarışdırılan ölkə adları İran və İraq, Avstriya və Avstraliya, Slovakiya və Sloveniyadır. Onun Sloveniyanın Nyu-Yorkdakı Daimi Nümayəndəliyində çalışan həmkarı bildirib ki, Slovakiya nümayəndəliyi ilə səhv ünvana göndərilən yazışmaları ayda bir dəfə qarşılıqlı dəyişirlər. ABŞ-ın rəsmi sənədlərində, o cümlədən hərbi əməliyyatlarla bağlı sənədlərdə İran və İraqın adlarının qarışdırıldığı hallar da olub.
Qeyd edək ki, Qagik Vanoyanın əvvəl rəhbərlik etdiyi Dövlət Protokolu Xidmətinin rəhbəri vəzifəsi hazırda boşdur. Ermənistan hökuməti bu vəzifəyə təyinat üçün açıq müsabiqə elan edib.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video











.jpg)








.jpg)






.jpg)











